Elşən Abdullayev “Sabah”ı məhkəməyə verdi


Azərbaycanın tanınmış futbolçularından Elşən Abdullayev “Sabah” futbol klubuna və Peşəkar Futbol Liqası İctimai Birliyinə qarşı məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com
xəbər verir ki, məhkəmə iddiasına Bakı Apellyasiya Məhkəməsinin hakimi Günay Namazovanın sədrliyi ilə baxılacaq.
Qeyd edilir ki, iddia müqavilədən əmələ gələn öhdəliklər üzrə mübahisələrlə bağlıdır.
Onu da qeyd edək ki, Elşən Abdullayev daha əvvəl də “Sabah” klubuna qarşı məhkəmə iddiası qaldırıb.
Məlumat üçün bildirək ki, Elşən Abdullayev 2018-2021-ci illərdə “Sabah” futbol klubunda oynayıb.
O, “Sabah”dan başqa “Neftçi”, “Qarabağ”, “Zirə", “Sumqayıt” və “Səbail” klublarında da çıxış edib. 30 yaşlı futbolçu əvvəllər Azərbaycanın U-17, U-19 və U-21 yığmalarının tərkibində də yer alıb.
Elşan Abdullayevin son klubu “İrəvan” futbol klubu olub və bu ilin yanvar ayında “İmişli” klubuna keçib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top