
“Radikal İsrail siyasətçilərinin fələstinlilərin müqəddəs yerlərə keçidinə məhdudiyyətlər tətbiq etmək tələbləri tamamilə cəfəngiyyatdır. Bu cür hərəkətlərin nəticələri, şübhəsiz ki, çox ağır olacaq”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Fələstin Prezidenti Mahmud Abbasla danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.
Ərdoğan həmçinin bildirib ki, Türkiyə hökuməti öz növbəsində Ramazan ayının yaxınlaşması ilə əlaqədar təxribatların qarşısının alınmasının vacibliyini bildirir:
“İsrail Qərbin qeyri-məhdud dəstəyindən istifadə edərək Qəzzada aşkar soyqırım törədir. Bir sıra ölkələrin təşəbbüsləri sayəsində Beynəlxalq Ədalət Məhkəməsi İsrailin fələstinlilərə qarşı cinayətləri barədə işə baxır. Amma müvəqqəti tədbirlərlə bağlı qərarlara baxmayaraq, İsrail hələ də orada qadınları, uşaqları, qardaşlarımızı heç bir fərq qoymadan qətlə yetirməkdə davam edir. Yemək üçün növbəyə duran insanları qətlə yetirir”.
O bildirib ki, Türkiyə Fələstinə təklif etdiyi təminat mexanizmi çərçivəsində məsuliyyəti öz üzərinə götürməyə hazırdır. Ərdoğan bir daha vurğulayıb ki, münaqişənin tam həlli üçün iki dövlət prinsipini həyata keçirmək və 1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüds olan suveren Fələstin dövlətini tanımaq lazımdır.
Tətbiqimizi yükləyə bilərsiniz