“Facebook”da yaranan qlobal nasazlıq aradan qaldırılıb.
Yeniavaz.com xəbər verir ki, artıq sosial şəbəkəyə giriş etmək mümkündür.
***19:47
“Facebook”, “Instagram” sosial şəbəkələrində və “Messenger”də nasazlıq yaranıb.
Yeniavaz.com xəbər verir ki, İstifadəçilər hesablarından avtomatik çıxış ediblər.
Sosial şəbəkəyə daxil olmaq isə mümkün olmur.
Xüsusilə, “Facebook” və “Messenger”də istifadəçilər öz hesablarına daxil ola bilmirlər, “Instagram”da isə lent yenilənmir.
“Downdetector” xidməti ciddi nasazlıq aşkar edib. Sosial şəbəkələr və messencerlə bağlı problemlər barədə istifadəçilərdən minlərlə məlumat olduğu bildirilir.