Aqrar Universitetdə salınan dendroloji bağ Akademik Həsən Əliyevin adını daşıyacaq

Azərbaycan Dövlət Aqrar Universitetinin aqranomluq fakültəsinin ərazisində, 1hektara yaxın ərazidə salınan akademik HəsənƏliyev adına dendroloji bağda ağac əkininə başlanıb. ADAU-nun mətbuat xidmətindən verilən xəbərə görə təhsil müəssisəsinin rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərovun təşəbbüsü və xeyi-duası ilə salınan bağda hələ bir neçə gün əvvəl torpağın səthi hamarlanıb, daş və çınqıllardan təmizlənib, əkiləcək ağaclar üçün çalalar qazılıb. Bugün isə ağac əkininə start verilib. Aqranomluq fakültəsinin müəllim, laborant və tələbə kollektivinin iştirak etdiyi ağacəkmə kompaniyasında torpağa ilk ağacıda rektor İbrahim Cəfərov əkib. Nəzərdə tutulan əraziyə qısa vaxt ərzində Cənubdan, Böyük və Kiçik Qafqazdan gətirilən 150-dən çox ağac əkilib. Daha 150 ağac isə yaxın günlərdə əkiləcək.

DİGƏR XƏBƏRLƏR

Top