
Hərbi əməliyyatların başlamasından keçən 150 gün ərzində İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında 70 min yaşayış məntəqəsini tamamilə məhv edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə anklav hökumətinin informasiya departamentinin hesabatında məlumat verilib.
Məlumata görə, İsrail Qəzza zolağında təxminən 70 min yaşayış məntəqəsini tamamilə dağıdıb, daha 290 min yaşayış evi isə qismən dağılıb.
İsrail ordusunun həyata keçirdiyi hava zərbələri və əməliyyatlar nəticəsində 32 xəstəxana və 53 tibb mərkəzi fəaliyyətini dayandırıb. Anklavda 200-ə yaxın arxeoloji və mədəni irs obyekti məhv edilib.
İnformasiya departamentinin məlumatına görə, təxminən beş aylıq müharibədə Qəzza zolağına ən azı 70 min ton partlayıcı atılıb.