
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Şimali Dakota ştatında Respublikaçıların kokusunda qalib gəlib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Associated Press” (AP) agentliyi məlumat yayıb.
Məlumata görə, Tramp əsas rəqibi ABŞ-nin BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli üzərində növbəti qələbəsini elan edib. Belə ki, Tramp 1632 səs (84,6%), Heyli isə 273 səs (14,2%) toplayıb.
“Bizim namizədimiz var və gəlin onun arxasınca gedək və payızda Co Baydeni məğlub edək”, - deyə Şimali Dakota ştatının qubernatoru Duq Burqam bildirib.
Qeyd edək ki, bundan əvvəl Tramp Miçiqan və Aydaho ştatlarında keçirilən kokuslarda qalib gəlmişdi. Miçiqan ştatında keçmiş Amerika lideri 13 vilayətin hamısında Heylini məğlub etmişdi. Belə ki, o, Heylinin 36 səsinə qarşı 1575 səs toplamışdı. Aydahoda isə Tramp səslərin 85 faizini əldə etmişdi.