
Fələstinin Qəzza zolağında ötən ilin oktyabrında anklavda gərginlik artmağa başlayandan bəri İsrail hərbçiləri tərəfindən ən azı 30 600 fələstinli öldürüb, 72 000-dən çox fələstinli isə yaralanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat verib.
“Ötən ilin oktyabr ayından İsrailin Qəzzaya təcavüzü nəticəsində qurbanların sayı 30 631 nəfərə çatıb, daha 72 043 nəfər yaralanıb”, - Səhiyyə Nazirliyinin “Telegram” kanalında bildirib.
Nazirlik əlavə edib ki, təkcə son 24 saat ərzində İsrailin Qəzza bölgələrini bombalaması və atəşə tutması nəticəsində 97 nəfər ölüb, 123 nəfər yaralanıb.
Tətbiqimizi yükləyə bilərsiniz