Rasim Balayev yeni yaradılan kino ittifaqının sədri seçildi – Yenilənib


Azərbaycanda yeni yaradılan kino ittifaqının - Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri məlum olub.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, sədrliyə namizəd kimi Xalq artisti Rasim Balayev təqdim edilib.
Onun sədrliyi təsdiq edilib.

***13:45
Azərbaycandakı kino ittifaqları rəsmi surətdə birləşib, yeni yaradılan kino ittifaqının adı məlum olub.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı birləşdikdən sonra Azərbaycan Kinematoqrafçılar İttifaqı adlandırılacaq.
Bundan sonra isə səsvermə ilə yeni təşkilatın Nizamnaməsi təsdiq edilib.
Qeyd edək ki, yalnız rejissor Oqtay Mir Qasımov birləşmənin əleyhinə səs verib.




DİGƏR XƏBƏRLƏR

Top