Ceyhun Bayramov Səudiyyə Ərəbistanına getdi


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov martın 5-də Səudiyyə Ərəbistanına işgüzar səfərə yola düşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Nazir səfər çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclasında iştirak və çıxış edəcək.
Qeyd edək ki, iclasda Qəzzadakı vəziyyətin müzakirə olunacağı gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top