Bezos yenidən dünyanın ən varlı adamı oldu


“Amazon”un qurucusu Ceff Bezos 2021-ci ildən bəri ilk dəfə dünyanın ən varlı adamları reytinqində birinci yeri tutub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat “Bloomberg”in dərc etdiyi “Milyarderlər İndeksi”ndə (Billionaires Index) öz əksini tapıb.
Reytinqə görə, onun sərvəti bir gecədə 500 milyon dollar azalsa da, illik ifadədə 23,4 milyard dollar artaraq, 200 milyard dollar olub.
Amerikalı sahibkar, “Tesla” və “Space X” şirkətlərinin qurucusu İlon Mask isə dünyanın ən varlı adamı statusunu itirib. Maskın kapitalı illik ifadədə 198 milyard dollara düşüb və o, bu yaxınlarda 17, 6 milyard dollar, bir ildə isə 31,3 milyard dollar itirib.
Reytinqdə üçüncü yerdə Fransanın LVMH şirkətlər qrupunun sahibi Bernar Arno qərarlaşıb. Hazırda onun sərvəti 197 milyard dollardır. Arnonun sərvəti bir il ərzində 18,3 milyard dollar artıb.
Qeyd edək ki, Bloomberg agentliyi 2012-ci ilin martından planetin 500 ən varlı adamının sərvətləri haqqında məlumatları özündə əks etdirən “Milyarderlər İndeksini” dərc edir.

DİGƏR XƏBƏRLƏR

Top