Ermənistana yeni iqtisadiyyat naziri təyin edildi


Gevorq Papoyan Ermənistanın yeni iqtisadiyyat naziri təyin edilib.
Yeniavaz.com
“Armenpress”ə istinadla xəbər verir ki, bu barədə Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın imzaladığı sərəncamda qeyd edilib.
“Baş nazirin təklifi əsasında Konstitusiyanın 131-ci maddəsinə, habelə “Hökumətin strukturu və fəaliyyəti haqqında” qanunun 1-ci hissəsinin 5-ci maddəsinə uyğun olaraq, Gevorq Papoyan iqtisadiyyat naziri təyin edilsin”, - sərəncamda bildirilib.
Qeyd edək ki, fevralın 14-də Vaaqn Xaçaturyanın fərmanı ilə Vaan Kerobyan iqtisadiyyat naziri vəzifəsindən azad edilib. Bir gün əvvəl isə o, öz “Facebook” səhifəsində istefa verdiyini açıqlayıb. Vaan Kerobyan korrupsiyada ittiham edilir və hazırda ev həbsindədir.
Xatırladaq ki, yeni iqtisadiyyat naziri Ermənistan Parlamentinin deputatı idi. O, fevralın 26-da deputat mandatından istefa verdiyini açıqlamışdı.

DİGƏR XƏBƏRLƏR

Top