Dörd keçmiş “Twitter” meneceri şirkətin sahibi İlon Maskı məhkəməyə verib və işdən çıxma təzminatı kimi 128 milyon dollardan çox pul tələb edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Kaliforniya federal məhkəməsində iddiaçılar “Twitter”in keçmiş baş direktoru Paraq Aqraval, keçmiş maliyyə direktoru Ned Siqal, keçmiş baş hüquqşünas Vicaya Qadde və keçmiş baş müşavir Şon Ecettdir.
İddiaçıların sözlərinə görə, Mask onları kobud səhlənkarlığa yol verilməsinə və intizamın qəsdən pozulmasına görə işdən çıxarıb. Şirkətin keçmiş rəhbərləri bu ittihamları rədd edirlər. Onlar hesab edirlər ki, Mask onları bu uydurma səbəblərə görə təzminat ödəməmək üçün işdən çıxarıb.
Qeyd edək ki, Mask “Twitter”i 27 oktyabr 2022-ci ildə alıb. O, “Twitter”i almaq üçün 44 milyard dollarlıq müqavilə bağlayıb.