
Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin martın 5-də Azərbaycan Respublikasına səfərə gəlib.
Yeniavaz.com xəbər verir ki, onu Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavini Elnur Məmmədov, ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov və digər rəsmi şəxslər qarşılayıblar.
***10:41
Rusiyanın Baş naziri Mixail Mişustinin Azərbaycana ikigünlük işgüzar səfəri başlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, o, səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Baş nazir Əli Əsədovla görüşlər keçirəcək.
“Danışıqlar zamanı Rusiya-Azərbaycan ticarət-iqtisadi əməkdaşlığının inkişafı ilə bağlı bir sıra məsələlərin müzakirəsi planlaşdırılır. Enerji, nəqliyyat, sənaye, mədəni, humanitar və digər sahələrdə birgə layihələrin təşviqinə xüsusi diqqət yetiriləcək”, - məlumatda deyilir.
TASS yazır ki, görüşlər və danışıqlardan sonra bir sıra hökumətlərarası və idarələrarası sənədlərin imzalanacağı gözlənilir.
Tətbiqimizi yükləyə bilərsiniz