Ukrayna hərbi vergi tətbiq etməyi planlaşdırır


Ukrayna Nazirlər Kabineti hərbi verginin tətbiqini nəzərdə tutan qanun layihəsi hazırlayır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ali Radanın Vergilər Komitəsinin rəhbəri Danil Getmantsev bildirib.
“Söhbət fərdi sahibkarlar üçün hərbi verginin tətbiqindən gedir. Biz bu qanun layihəsini martda gözləyirik”, - deyə o, Ukraynanın “Rada” telekanalının efirində bildirib.
Deputatın sözlərinə görə, hakimiyyət belə bir tədbirin köməyi ilə dövlət büdcəsinə 44 milyard qrivna (1,15 milyard dollar) cəlb etməyi planlaşdırır. Siyasətçi etiraf edib ki, bu cür hərəkətlər silahlı qüvvələrə ayrılan vəsaitin artırılması, xüsusən səfərbərlik və əlavə silahların alınması zərurəti ilə bağlıdır. Eyni zamanda Getmantsev qeyd edib ki, o, Ukraynada vergilərin əhəmiyyətli dərəcədə artırılması üçün kifayət qədər iqtisadi potensial görmür.
Qeyd edək ki, 2024-cü ildə Ukrayna hakimiyyətinin hesablamalarına görə, büdcə kəsiri 43,9 milyard dollar təşkil edəcək. Kiyev onun böyük hissəsini Qərb müttəfiqlərinin köməyi ilə ödəməyi planlaşdırır. Ancaq hakimiyyət Qərbdən əlavə maliyyə cəlb edə bilməsə, tibb və təhsilə qənaət etmək məcburiyyətində qalacaq.
Digər tərəfdən, ABŞ-nin Ukraynaya 60 milyard dollarlıq yardım məsələsi həllini tapmasa, sosial xərclərin, xüsusilə də, sosial təminatların azaldılması ehtimalı da var.

DİGƏR XƏBƏRLƏR

Top