
Hərbi əməliyyatların başlamasından keçən 150 gün ərzində İsrail Müdafiə Qüvvələrinin endirdiyi zərbələr nəticəsində Qəzza zolağında 500-dən çox məscid tamamilə və ya qismən dağılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə anklav hökumətinin informasiya departamentinin hesabatında məlumat verilib.
Məlumata görə, İsrail hərbçiləri 217 məscidi tamamilə, 284 məscidi isə qismən dağıdıblar. Bundan əlavə, sektorda üç kilsə atəşə tutulub və dağıdılıb.
Digər tərəfdən, İsrail ordusu 150 günlük müharibə zamanı Fələstin anklavında 163 hökumət binasını dağıdıb. 100 məktəb və universitet tamamilə, 305 məktəb və universitet isə qismən dağıdılıb.
Tətbiqimizi yükləyə bilərsiniz