İranın cənub-şərq bölgəsində 5,5 bal gücündə zəlzələ baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri təxminən 13 min nəfər əhalisi olan Fanuc şəhərindən 50 km şimal-qərbdə, 10 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.