
Avropa Komissiyası (AK) ABŞ-nin “Apple” şirkətini 1,84 milyard avro cərimələyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə AK sədrinin müavini Marqret Vestager Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.
“Bu gün Avropa Komissiyası musiqi axını proqramları bazarındakı dominant mövqeyindən sui-istifadə etdiyinə görə “Apple”ı 1,84 milyard avro cərimələyib. “Apple” musiqi axını proqramı tərtibatçılarının istehlakçıları “Apple” ekosistemindən kənar musiqi almaq üçün daha ucuz variantlar haqqında məlumatlandırmaq imkanını qanunsuz olaraq məhdudlaşdırıb”, - Vestager bildirib.
O vurğulayıb ki, “Apple”ın təcrübələri Avropa antiinhisar qaydalarını pozur və tətbiqin avropalı rəqiblərinin imkanlarına zərbə vurur.
Tətbiqimizi yükləyə bilərsiniz