Artur Qasparyan Ermənistan Dövlət Təhlükəsizlik Xidmətinin yeni rəhbəri təyin edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə qərar Ermənistan hökumətinin rəsmi veb-saytında yerləşdirilib.
Qeyd edək ki, Ermənistanda Dövlət Təhlükəsizlik Xidməti yüksək vəzifəli dövlət məmurlarının təhlükəsizliyini təmin edir. Bu qurum əvvəl ölkənin Milli Təhlükəsizlik Xidmətinə bağlı olsa da, hazırda birbaşa Baş nazir Nikol Paşinyana bağlıdır.
Dövlət Təhlükəsizlik Xidmətinin yeni rəhbəri əvvəl Milli Təhlükəsizlik Xidmətinin rəis müavini vəzifəsində çalışıb. Paşinyanın qərarı ilə rəis təyin olunmazdan əvvəl bir qədər əvvəl bu vəzifədən azad edilib.
Artur Qasparyan
Ermənistan mətbuatı yazır ki, Artur Qasparyan Paşinyan hakimiyyətə gəldikdən sonra onun həyat yoldaşı Anna Akopyanın mühafizəçisi işləyib.
Murad Məmmədov