
“Bəzi media nümayəndələri tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat tədbirinin keçirilməsi barədə məlumat yayılıb”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun yaydığı sonuncu məlumatda bildirilib.
Qeyd olunub ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.11-ci maddəsinə əsasən mediada dərc olunan və (və ya) yayımlanan informasiyada faktlar və hadisələr qərəzsiz və obyektiv təqdim olunmalı, birtərəfliliyə yol verilməməlidir:
“Odur ki, media subyektlərindən qanunvericiliyin tələblərinə riayət etməyi, rəsmi qurumlarla dəqiqləşdirilmiş məlumatların ictimailəşdirilməsini xahiş edirik”.
Prokurorluq məsələ ilə bağlı əlavə məlumatın veriləcəyini bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz