
“Qrafikdə Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında əlaqə planı olmasa da, lazım gəlsə, bu əlaqə tez bir zamanda təşkil oluna bilər”.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin mövzu ilə bağlı sualını cavablandırarkən bildirib.
“Xeyr, hazırda cədvəldə ən yüksək səviyyədə əlaqə planı yoxdur. Lakin lazım gəlsə, təbii ki, belə əlaqələr təşkil edilə bilər, hətta telefon danışıqları daha tez təşkil oluna bilər”, - Kreml nümayəndəsi vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Paşinyan İrəvanın öz öhdəliklərini yerinə yetirmədiyi təqdirdə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyünü qanuni olaraq donduracağını, Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə Rusiyanın KTMT də daxil olmaqla birgə inteqrasiya strukturlarında iştirakı ilə bağlı Ermənistandan cavab almağa ümid etdiyini bildirmişdi.