MİT PKK-nın “gənclər lideri”ni zərərsizləşdirdi


Türkiyədə Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalındakı Süleymaniyyə şəhərində PKK/KCK terror təşkilatının gənclər hərəkatının məsulu olan Gülsün Silgiri zərərsizləşdirib.
Yeniavaz.com
TRT-yə istinadla xəbər verir ki, bu barədə təhlükəsizlik mənbələrindən məlumat əldə edilib.
Məlumata görə, Sara Hogir Riha kod adlı Gülsün Silgirin İraqın Süleymaniyyə şəhərinin Pencevin rayonunda olduğu müəyyən edilib. MİT-in həyata keçirdiyi əməliyyat nəticəsində terrorçu Gülsün Silgir zərərsizləşdirilib.
Terror təşkilatının qondarma gənclər hərəkatının məsulu olduğu müəyyən edilən Silgirin 2011-ci ildən etibarən Türkiyə ordusuna qarşı əməliytatlarda iştirak etdiyi və 2021-ci ildən etibarən gəncləri aldadaraq, təşkilata kadr cəlb etmək üçün fəaliyyətlər göstərdiyi müəyyən edilib.

DİGƏR XƏBƏRLƏR

Top