
Qazaxıstanın Almatı şəhərində 5 bal gücündə zəlzələ baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar Almatı şəhərinin sakinləri tərəfindən hiss olunub.
“Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmik stansiyalar şəbəkəsi martın 4-də yerli vaxtla saat 11:22-də (Bakı vaxtı ilə 10:22-də) zəlzələ qeydə alıb. Zəlzələnin episentri Almatı şəhərindən 31 km cənubda yerləşib. Zəlzələnin enerji sinfi 13,2, maqnitudası isə 6,1-dir”, - məlumatda bildirilib.
Nazirliyin məlumatına görə, şəhərdə həyəcan siqnalları çalınıb. Sakinlər evlərini tərk edərək, küçələrə çıxıblar.
Tələfat barədə məlumat yoxdur. Zəlzələnin nəticələri araşdırılır.
Tətbiqimizi yükləyə bilərsiniz