Qobuda küçə itləri uşağa hücum edib – Video


Abşeron rayonu Qobu qəsəbəsində azyaşlının itlərin hücumuna məruz qaldığı və ağır xəsarətlər aldığı bildirilir.
Yeniavaz.com
xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
Kadrlarda bir qrup sakinin azyaşlını xalçaya bükülü halda təcili tibbi yardım maşınına doğru apardığı əks olunub.
Kadrları yayan şəxs itlərin hücumuna məruz qalan azyaşlının öldüyünü də iddia edib.

Qobuda it dişləyən doqquz yaşlı oğlanın vəziyyəti ağırdır.
Bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu məlumat yayıb.
“3 mart 2024-cü il tarixində saat 17:37 radələrində “Qobu Park-3” yaşayış kompleksinin yaxınlığında it dişləməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib. Zərərçəkən 9 yaşlı (kişi cinsli) azyaşlı Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Azyaşlıda çoxsaylı, müxtəlif ölçülü dişlənmiş, cırılmış, əzilmiş və soyulmuş yaralar müşahidə edilib. Təcili olaraq əməliyyata götürülən azyaşlıya tibbi yardım göstərilib və Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top