Rusiyada naməlum şəxslər dəmir yolu körpüsünü partlatdı


Samara vilayətində naməlum şəxslər dəmir yolu körpüsünün dayaqlarını partladıblar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya “Telegram” kanalları öz mənbələrinə istinadən məlumat yayıblar.
Məlumata görə, hadisə Kuybışev dəmir yolunun Zvezda-Çapayevsk hissəsində baş verib.
Operativ xidmətin məlumatına görə, partlayış yerli vaxtla səhər saat 5:00 radələrində baş verib. Körpüdə baş verən partlayışa görə qatarların hərəkəti dayandırılıb.
Qeyd olunur ki, ilkin olaraq sahilə yaxın hasara və körpünün dayaq konstruksiyalarına ziyan dəyib. Beton dayaq isə toxunulmaz qalıb.
Hadisə yerində xüsusi təyinatlılar və istehkamçılar işləyir.
Ölənlər və yaralananlar barədə məlumat yoxdur.

DİGƏR XƏBƏRLƏR

Top