
Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) daxil olan ölkələr və onun tərəfdaşları neft hasilatının azaldılması müddətini iyunun sonuna qədər uzadıblar.
Yeniavaz.com xəbər verir ki, “Reuters” və “Bloomberg” agentlikləri bu barədə bazar günü, martın 3-də təşkilatın nümayəndələrinə istinadən məlumat yayıblar.
Ekspertlər qlobal istehlakda mövsümi durğunluğun və hasilatın kəskin artmasının bəzi OPEC+ rəqiblərindən, ilk növbədə ABŞ-dəki şist nefti hasilatı müəssisələrindən kompensasiya edilməsini zəruri hesab edirlər.
2023-cü ilin noyabrında OPEC ölkələri və onların tərəfdaşları gündəlik 2,2 milyon barel hasilatın azaldılmasını könüllü olaraq uzatmaq barədə razılığa gəliblər.
Digər tərəfdən, “Bloomberg”in sorğusunda iştirak edən treyderlər və analitiklər bu addımın gözlənilən addım olduğunu bildiriblər.
Tətbiqimizi yükləyə bilərsiniz