Ramiz Mehdiyev: “Səhhətimdə heç bir problem yoxdur” – Yenilənib


“Mənim səhhətimdə heç bir problem yoxdur”.
Yeniavaz.com
xəbər verir ki, bunu Ramiz Mehdiyev “Unikal”a deyib.
O bildirib ki, “Check-up” müayinə üçün Mərkəzi Klinik Xəstəxanaya gedib:
“Bu da ildə bir, ya iki dəfə baş verən bir haldır. Başqa heç bir yerə getməmişəm. Məgər mən İsrail tanıyıram ki? Hazırda Bakıdayam. Sağlıq olsun”.

***09:52
Prezident Administrasiyasının sabiq rəhbəri, keçmiş AMEA prezidenti Ramiz Mehdiyevin səhhətində ciddi problem yarandığı bildirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Gununsesi.info məlumat yayıb.
Mətbuat orqanı yazır ki, sabiq PA rəhbəri bir neçə gün əvvəl  səhhətində yaranmış problemə görə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.
Qeyd olunur ki, həkim müdaxiləsinə baxmayaraq, onun vəziyyəti daha da ağırlaşıb.
İddiaya görə, bir sutka həkim nəzarəti altında qalan Mehdiyev ailəsinin istəyi ilə İsrailə aparılıb.

DİGƏR XƏBƏRLƏR

Top