Azərbaycan Radiosunda (105.0 FM) hazırda profilaktiki iş gedir.
Bu barədə Yeniavaz.com-la əlaqə saxlayan AzTV rəsmisi bildirib.
Qurum, həmçinin rəsmi sosial şəbəkə hesabında da bu barədə məlumat yayıb.
“Hörmətli tamaşaçılar və dinləyicilər.
Hazırda QSC-nin 3 kanalı (AzTV, İdman TV, Mədəniyyət TV) və iki radiosunda (Azərbaycan Radiosu, Beynəlxalq Radio) profilaktikadır. Proses 14:00-dək davam edəcək”, - məlumatda deyilir.
***09:15
Azərbaycan Radiosu (105.0 FM) hazırda fəaliyyət göstərmir.
Yeniavaz.com xəbər verir ki, sosial şəbəkələrdə bunu əks etdirən kadrlar da yayılıb.
Radionun fəaliyyət göstərməməsinin səbəbini öyrənmək üçün “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin rəsmi saytında yerləşdirilən əlaqə vasitələrinə zəng vurduq.
Qurumdan Yeniavaz.com-a bildirildi ki, Azərbaycan Radiosu fəaliyyətini dayandırıb.
Qeyd edək ki, Azərbaycan radiosu 1926-cı il noyabrın 6-da yaradılıb.
Murad Məmmədov