Fələstin hərəkatları Ramazan ayında Qəzzaya dəstək aksiyası elan ediblər


Fələstin təşkilatları müsəlmanların müqəddəs ayı boyunca “Ramazan tufanı” adlı beynəlxalq kampaniya elan ediblər.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə Fələstin hərəkatları və qruplarının qəbul etdiyi birgə bəyanatda deyilir.
“Müharibəyə son qoymaq və işğalçı hakimiyyətin planlarını pozmaq üçün Ramazan ayı ərzində “Ramazan tufanı” adlanacaq milli, regional və beynəlxalq səviyyədə rəsmi hərəkat təşkil etməyə çağırırıq”, - HƏMAS-ın Teleqram kanalında dərc olunan bəyanatda bildirilir.
Kampaniya boykotun gücləndirilməsini, İsrailə bütün təchizatın kəsilməsini və dünyanın müxtəlif yerlərində şəhər meydanlarında oturaq aksiyalar da daxil olmaqla etiraz aksiyalarının və bütün dünya paytaxtlarında Fələstinə dəstək yürüşlərinin keçirilməsini tələb edir.
Qeyd edək ki, bu il Ramazan ayı martın 11-də başlayacaq və aprelin 9-u başa çatacaq.

DİGƏR XƏBƏRLƏR

Top