LeBron Ceyms 40 min xal həddini keçdi – NBA tarixində ilk


“Los Anceles Leykers” ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) müntəzəm mövsümündə ev oyununda “Denver”ə 114:124 hesabı ilə məğlub olub.
Yeniavaz.com
xəbər verir ki, görüşün ən məhsuldar oyunçusu 36 xal toplayan “Denver”dən olan serbiyalı Nikola Jokiç olub.
“Los Anceles Leykers”də isə ən çox xalı amerikalı basketbol əfsanəsi LeBron Ceyms toplayıb - 26. O, NBA-da olduğu müddətdə 40 min xal həddini keçən ilk oyunçu olub.
Qeyd edək ki, Qərb Konfransının turnir cədvəlində “Denver” 61 matçda 42 qələbə ilə üçüncü, “Leykers” 62 oyunda 33 qələbə ilə onuncu yerdədir.

DİGƏR XƏBƏRLƏR

Top