Uşaqlarınızın hisslərinə müdaxilə etməyin!


Bəzi valideynlər uşaqlarının yaşadığı hisslərə qarşı çox sərt mövqe tuturlar. Bu cür valideynlər uşaqlarını özləri kimi düşünməyə məcbur edir, həmçinin, onların hisslərinə nəzarət etməyə çalışırlar. Beləliklə, onlar “Bu qədər həyəcanlanmağa ehtiyac yoxdur”, “Həddindən çox gülürsən”, “Bu qədər ağlamaq olmaz” və s. kimi cümlələrlə uşaqlarını öz hisslərini yaşamaqdan məhrum edirlər. Təbii ki, bu cür münasibət uşaqda anlaşılmazlıq hissinin formalaşmasına səbəb olur. Nəticədə, uşaq və valideyn arasında ünsiyyət qəzaları baş verir. Hətta bu, bəzi uşaqlarda stresə də səbəb olur. Uşaq “Onlar mənə inanmırlar. İnansaydılar başa düşərdilər”, - deyə düşündüyü üçün valideynlərinə inamı get-gedə azalır.
Bundan başqa, uşağın hisslərini istədiyi kimi yaşaya bilməməsi onda psixoloji gərginliklərə səbəb olur. Belə uşaqlarda davranış problemlərinin olması da təbiidir. Buna görə də, nə olursa-olsun, uşaqlarınızın hisslərinə müdaxilə etməyin. Sadəcə olaraq, onları anlamağa çalışın. Çünki bəzən “Həyəcanını başa düşürəm. Sənə necə kömək edə bilərəm?” - demək hər hansı bir təsəllidən daha yaxşı təsir göstərir.

Aygün Vəliyeva

DİGƏR XƏBƏRLƏR

Top