HƏMAS və İsrail Qəzza ilə bağlı Qahirədə görüşəcək – “Əl-Cəzirə”


HƏMAS və İsrail nümayəndə heyətləri bazar günü, martın 3-də Qəzza ilə bağlı dialoq üçün Qahirəyə gələcəklər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, burada Qəzza zolağında atəşkəsə nail olmaq üçün çoxtərəfli danışıqlar davam etdiriləcək və fələstinli məhbuslarla girovların mübadiləsinə dair sazişin parametrləri müəyyən ediləcək.
Qeyd edək ki, daha əvvəl HƏMAS hərəkatının radikal qruplaşmaların Fələstin anklavında saxladığı sağ qalan girovların siyahısını təqdim etmədiyi bildirilmiş, buna görə də, İsrail nümayəndələri Qəzza zolağında məskunlaşma üzrə dialoqu davam etdirməkdən imtina etmişdilər.
Xatırladaq ki, bir müddət əvvəl HƏMAS-ın yaraqlı qanadı “İzzəddin əl-Qəssam” Briqadaları iddia etmişdi ki, son bir neçə gündə bombardmanlar zamanı 7 girov öldürülüb və İsrailin Qəzzada hərbi əməliyyatı başlayandan bəri öldürülən girovların ümumi sayı 70-dən çox ola bilər.

DİGƏR XƏBƏRLƏR

Top