Türkiyə Ermənistanla sərhədin açılması ilə bağlı sualı cavablandırdı


“Türkiyə-Ermənistan sərhədinin üçüncü ölkə vətəndaşları üçün açılması ilə bağlı hələlik heç bir irəliləyiş yoxdur, Ankara və İrəvan bu istiqamətdə işləyir”.
Yeniavaz.com
Türkiyə KİV-ə istinadla xəbər verir ki, bu barədə Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi, səfir Serdar Kılıç bildirib.
Qeyd edək ki, Ermənistan parlamentinin sədr müavini, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesində Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan cümə günü Ermənistanın Türkiyə ilə dövlət sərhədini istənilən vaxt - hətta bu gün də açmağa hazır olduğunu bildirib.
“Heç kimə sirr deyil ki, Ermənistan və Türkiyə arasında münasibətlərdə dərin tarixi kontekst var, lakin Ermənistan Türkiyə ilə münasibətlərin tam normallaşmasına və sərhədlərin açılmasına məhz bu anda, bu gün və sabah hazırdır”, - Rubinyan qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top