Ermənistan Rusiyadan asılılığı strateji səhv adlandırdı


Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkənin Rusiyadan asılılığını strateji səhv adlandırıb.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə Ermənistanın ictimai televiziyasına müsahibəsində bildirib.
Qriqoryanın sözlərinə görə, 1991-ci ildən ölkə bütün sahələrdə - siyasi, hərbi-siyasi, elmi və iqtisadi sahədə tamamilə Rusiyadan asılı vəziyyətdə olub, lakin 2020-ci ildə bu strategiya artıq “işləkliyini” itirib.
“Rusiya Ermənistana kömək etməmək qərarına gələndə və təhlükəsizlik sistemimiz tamamilə dağılanda Ermənistan özü üçün alternativlər axtarmağa başladı”, - Qriqoryan bildirib.
Qeyd edək ki, fevralın 28-də Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin KTMT-dəki iştirakının de-yure dondurulmasının mümkünlüyünü açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top