
Qaz abonentləri üçün ödəniş sisteminin fəaliyyətində müvəqqəti fasilə yaranacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Azəriqaz” İB-dən məlumat verilib.
Məlumata görə, “SmartElektroniks” MMC tərəfindən “Azəriqaz” İB-nin AGİS sisteminin yeni verilənlər bazasına keçirilməsi işləri icra olunacaq. Buna görə də, ödəniş sistemi 2 mart saat 22:00-dan 3 mart saat 12:00-dək abonentlər üçün əlçatmaz olacaq.
“Abonentlərdən bu müddət ərzində ödəniş etməmələri (smart kartlara məbləğin yüklənməsi və borcun ödənilməsi) xahiş olunur”, - məlumatda qeyd edilib.