“Qəfil arıqlamaq bir sıra ciddi sağlamlıq problemləri yarada bilər”


“Ayda 15 kiloqram arıqlamaq istəyi əzələ itkisini və bir sıra ciddi sağlamlıq problemlərini yarada bilər”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə diyetoloq Nataliya Qridina Lenta.ru-ya müsahibəsində danışıb.
Qridinanın fikrincə, qısa müddətdə xəyallarınızdakı bədənə sahib olmağı vəd edən istənilən ekstremal pəhriz sağlamlığa zərərlidir:
“Sürətli kilo itkisi, ilk növbədə, zəiflik və pozğunluğa səbəb olan yağdan daha çox əzələ kütləsinin itirilməsi səbəbindən baş verir. Bundan əlavə, insan əvvəlki qidalanmaya qayıdan kimi itirilmiş əzələləri yağlar əvəz edəcək”.
Qridina, həmçinin sürətli kilo vermə sistemlərinin mədə-bağırsaq traktının müxtəlif problemləri və vacib mikroelementlərin çatışmazlığı ilə təhdid etdiyinə diqqət çəkib:
“Sürətli kilo itkisi səbəbindən maddələr mübadiləsi pozulur və həzm problemləri yaranır: qəbizlik, qastrit və ya xoralar. Qadınlar ürək-damar xəstəliklərinin inkişaf riskini artıraraq, menstruasiyanı qaçıra bilər. Vitamin və mineralların çatışmazlığı öz növbəsində, immun sisteminin zəifləməsinə və sinir sisteminin disfunksiyasına səbəb olur. İnsan əsəbiləşir, saçları və dırnaqları kövrək olur, dərisi quruyur, qırışlar daha çox nəzərə çarpır”.
Dietoloqun sözlərinə görə, sağlamlığınıza zərər vermədən bir ay ərzində 15 kiloqram arıqlamaq mümkün deyil:
“Həftədə 0,5-1 kiloqram çəki itirmək təhlükəsizdir. Bu kilo itkisi orta kalorili defisiti təmin edir ki, bu da bədənə əzələ kütləsini saxlayarkən yağ ehtiyatlarını yandırmağa imkan verir. Beləliklə, bir ay ərzində bədənə zərər vermədən iki kiloqramdan dörd kiloqrama qədər arıqlaya bilərsiniz”.

DİGƏR XƏBƏRLƏR

Top