Türkiyə və Ermənistanın xarici işlər nazirləri görüşdü


Antalyada keçirilən diplomatik forum çərçivəsində Türkiyə və Ermənistanın xarici işlər nazirləri Hakan Fidan və Ararat Mirzoyan arasında görüş keçirilib.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, görüş zamanı ölkələr arasında münasibətlərin normallaşması prosesi müzakirə olunub, tərəflər tam nizamlanmaya nail olmağa hazır olduqlarını təsdiqləyiblər.
Həmçinin qeyd edilir ki, bu istiqamətdə konkret addımlar barədə fikir mübadiləsi aparılıb, nazirlər beynəlxalq və regional məsələləri də müzakirə ediblər.
Görüşdə iki ölkənin münasibətlərin normallaşdırılması məsələləri üzrə xüsusi nümayəndələri də iştirak ediblər.

DİGƏR XƏBƏRLƏR

Top