“İsrailin Qəzzaya hücumları nəticəsində 70 girov ölüb” – HƏMAS


“İsrail hərbçilərinin Fələstin anklavının ərazilərinə hücumları nəticəsində Qəzza zolağında girov saxlanılan ən azı 70 şəxs ölüb”.
Yeniavaz.com
xəbər verir ki, bu açıqlama ilə Fələstinin HƏMAS hərəkatının silahlı qanadı – “İzzəddin əl-Qəssam Briqadaları” qruplaşmasının nümayəndəsi Əbu Ubeydə teleqramda məlumat yayıb.
“Biz təsdiq edirik ki, İsrail ordusunun Qəzza zolağındakı hərəkətləri nəticəsində öldürülən girovların sayı 70-i keçə bilər”, - məlumatda deyilir.
Qeyd edək ki, 2023-cü il oktyabrın 7-də HƏMAS yaraqlıları Qəzza zolağından İsrail ərazisinə daxil olaraq 240-dan çox insanı girov götürüblər. 2023-cü ilin noyabrın sonunda bir həftə davam edən humanitar fasilə barədə razılıq əldə olunub. İsrail hakimiyyətinin məlumatına görə, humanitar fasilə zamanı 110 girovu azad etmək mümkün olub.

DİGƏR XƏBƏRLƏR

Top