
İlon Mask cümə axşamı “OpenAI” və onun baş direktoru Sem Altmana qarşı təşkilatın kommersiyalaşdırılması ilə bağlı iddia qaldırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, hüquqi iddia ondan ibarətdir ki, ABŞ texnologiya nəhəngi “Microsoft” tərəfindən dəstəklənən firmanın mənfəət fokuslanması Maskın həmtəsisçi kimi imzaladığı 2015-ci il razılaşmaya ziddir.
Agentlik qeyd edir ki, sənəddə şirkət qeyri-kommersiya və açıq şirkət kimi göstərilib və yaradılmasında məqsəd hər hansı dövlətin və ya korporasiyanın deyil, cəmiyyətin xeyrinə işləməkdir.
“OpenAI”, “Microsoft” və Mask “Reuters”in şərh sorğularına cavab verməyib.
İlon Mask və Sem Altman, İlya Stsukever, Qreq Brokman və başqaları ilə birlikdə 2015-ci ilin dekabrında “OpenAI”ni təsis ediblər. Mask şirkətin direktorlar şurasına daxil olub, lakin 2018-ci ildə onu tərk edib. Aprelin 15-də o, “X.AI” adlı süni intellekt şirkətini təsis edib.
Tətbiqimizi yükləyə bilərsiniz