
UEFA Avropa Liqasının 1/8 final mərhələsində keçiriləcək “Qarabağ” - “Bayer” oyununun biletləri bu gün saat 12:00-dan etibarən satışa çıxarılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə klub rəsmi sosial şəbəkə hesabları vasitəsilə məlumat yayıb.
Lakin hazırda (saat 15:30-a olan məlumata əsasən) biletlərin satışa çıxarıldığı onlayn platforma olan iticket.az-da bilet almaq mümkün deyil. Belə ki, bilet almaq üçün boş yerləri seçəndə “Biletlərin bəziləri artıq satılıb və ya mövcud deyil” deyə bildiriş gəlir.
Problemin səbəbini öyrənmək üçün portalda yerləşdirilən əlaqə vasitəsilə əlaqə saxlamaq mümkün olmayıb.
Qeyd edək ki, görüş martın 7-də Tofiq Bəhramov adına Respublika Stadionunda bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Murad Məmmədov