“Ermənistan ölkənin Aİİ-dən çıxmasını müzakirə etmir” – Rubinyan

 
“Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaq Ermənistanın gündəmində deyil”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan deyib.
“Xeyr, belə bir məsələ gündəmdə deyil”, - deyə Rubinyan Antalya Diplomatik Forumunda jurnalistin İrəvanın Aİİ-dən çıxmağı müzakirə edib-etməməsi ilə sualına cavab verərkən deyib.
Jurnalist sualını təşkilata üzvlüyün Ermənistanın Aİ-yə inteqrasiyasına, xüsusən də gömrük prosedurları məsələsinə mane olması ehtimalı ilə əsaslandırıb.
Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqı (Aİİ) siyasi və iqtisadi təşkilat kimi 29 may 2014-cü ildə Belarus, Qazaxıstan və Rusiya tərəfindən imzalanmış müqavilə ilə qurulub. Ermənistanı Aİİ-yə daxil edən müqavilə isə 9 oktyabr 2014-cü ildə imzalanıb. İttifaqın fəaliyyəti rəsmi olaraq 1 yanvar 2015-ci ildə başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top