Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyəyə gedir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat yayıb.
Bildirib ki, Mirzoyan Antalya Diplomatik Forumunda iştirak etmək üçün martın 1-dən 3-ə kimi Türkiyədə səfərdə olacaq.
Qeyd olunur ki, Mirzoyan forum çərçivəsində planlaşdırılan müzakirələrdə iştirak edəcək, həmçinin həmkarları ilə ikitərəfli görüşlər keçirəcək.