
“Qəzza zolağında əməliyyat başlayandan bəri İsrail hərbçiləri 13 mindən çox silahlı fələstinli radikalı məhv edib”.
Yeniavaz.com xəbər verir ki, bunu brifinqdə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Həcəri deyib.
“Qəzza zolağında İsrail Müdafiə Qüvvələri fəaliyyət göstərir və zolağın bütün hissələrinə hücum edir. Biz son 10 gün ərzində Qəzzada 450-dən çox terrorçunu məhv etmişik. Ümumilikdə, hərbi əməliyyatlar başlayandan indiyədək biz 13 mindən çox terrorçunu məhv etmişik”, - Həcəri bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz