“Nablusi bölgəsindəki zərbə nəticəsində 112 nəfərin öldüyü təsdiqləndi”


İsrailin humanitar yardımın paylanılmasını gözləyən izdihama hücumu nəticəsində 112 nəfərin öldüyü təsdiqlənib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Əşrəf əl-Qudra teleqram kanalında məlumat yayıb.
“Nablusi bölgəsindəki zərbə qurbanlarının sayı 112-yə yüksəlib, 760 nəfər yaralanıb. Ölənlərdən bəzilərinin cəsədləri hələ də tapılmayıb və müayinə üçün xəstəxanaya aparılıb.
Qeyd edək ki, bundan əvvəl “Al Hadath” telekanalı İsrail qüvvələrinin Nablusi bölgəsinə hücumu nəticəsində ən azı 150 nəfərin öldüyünü, 1 minə yaxın insanın isə yaralandığını iddia etmişdi. Bildirilir ki, bölgədəki hücumda İsrail helikopterləri yol ayrıcında toplaşan fələstinlilərə atəş açıb.

DİGƏR XƏBƏRLƏR

Top