Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri istefa verdi


Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan istefa verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə siyasətçi sosial şəbəkədə məlumat yayıb.
“Son vaxtlar əsas siyasi məsələlərin qavranılmasında fərqliliklərin olması mənim beynəlxalq diplomatiyada iştirak etməyimi qeyri-mümkün etdi”, - Marukyan bildirib.
Marukyan qeyd edib ki, o, ölkə üçün ciddi sınaqlarla yadda qalan dövrdə bu məsuliyyətli vəzifəni üzərinə götürüb. O, öz peşə biliyindən, topladığı təcrübədən və beynəlxalq əlaqələrindən respublikanın müdafiəsi mənafeyində istifadə edərək bundan sonra da dövlətə və xalqa xidmət edəcəyinə söz verib.
Xatırladaq ki, Edmon Marukyan 2022-ci ilin martında xüsusi tapşırıqlar üzrə səfir vəzifəsinə təyin edilib.

DİGƏR XƏBƏRLƏR

Top