“Ukrayna qorxur ki, rus qoşunları onun müdafiəsini yaya qədər yaracaq” – “Bloomberg”


“Ukrayna rəsmiləri Qərbin Kiyevə döyüş sursatı tədarükünü artırmasa, rus qoşunlarının 2024-cü ilin yayına qədər Ukrayna Silahlı Qüvvələrinin müdafiəsini yarmağa başlaya biləcəyindən ehtiyat edirlər”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” Ukrayna hakimiyyətinin planları ilə tanış olan mənbəyə istinadən məlumat yayıb.
Agentlik qeyd edir ki, Kiyev və onun müttəfiqlərinin bədbinliyi bir neçə həftədir ki, Rusiya qoşunlarının cəbhə xəttində təşəbbüsü ələ keçirməsi fonunda artmaqdadır. Avdeyevka və yaxınlıqdakı bir neçə kəndin itirilməsi müdafiənin uğursuz ola biləcəyi qorxusunu artırır. Avropa rəsmisi nəşrə bildirib ki, itkilər Ukraynanın müttəfiqləri üçün həyəcan siqnalı olmalıdır.
Ukrayna kəşfiyyatının qiymətləndirmələrinə görə, Rusiya Prezidenti Vladimir Putin Ukraynanın böyük şəhərlərini, o cümlədən Kiyev və Odessanı ələ keçirmək kimi ilkin məqsədindən əl çəkməyib. Odessanın işğalı halında Rusiya Ukraynadan taxıl ixracını dayandıracaq və Moldova hakimiyyəti ilə qarşıdurmada artıq Moskvadan siyasi dəstək istəyən Prednestrovyeya çıxış əldə edəcək.
Agentlik yazır ki, Rusiya bu yay yavaş və davamlı hücumu davam etdirəcək, yoxsa bu yay Ukraynanın sərhədlərini yarmaq üçün daha böyük zərbə üçün resurs toplayacağı hazırkı hərbi kampaniyanın nəticələrindən asılı olacaq.

DİGƏR XƏBƏRLƏR

Top