
İngiltərənin “Hull City” klubunun sahibi Acun Ilıcalının sosial şəbəkə paylaşımı müzakirələrə səbəb olub.
Yeniavaz.com xəbər verir ki, Ilıcalının instaqramda paylaşdığı fotoda ulduz futbolçu Jerar Pike və Ilıcalı klubun formasını tutur.
Ilıcalı fotonu “Azarkeşlərimizə olan yeni transferimiz, ailəmizə xoş gəldin” ifadəsi ilə paylaşıb.
Fotonun ardından gələn şərhlərdə Pikenin “Hull City”yə transfer olunduğu düşünülüb.
“Türkiyegazetesi”nin yaydığı məlumata görə, Ilıcalının paylaşımı çaşdırıcı olsa da, Jerar Pikenin transfer xəbəri doğru deyil.
Xatırladaq ki, Jerar Pike “Barselona” ilə 2024-cü ilə qədər müqaviləsi olmasına baxmayaraq, 2022-ci ilin sonunda futbolu tərk etdiyini açıqlayıb.
Tətbiqimizi yükləyə bilərsiniz