
“Ermənistan hakimiyyəti heç vaxt NATO-ya daxil olmaq imkanını müzakirə etməyib, lakin Avropa İttifaqı ilə münasibətləri gücləndirir”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan brifinqdə bildirib.
“NATO ilə bağlı heç bir müzakirə olmayıb, biz bunu komandamız daxilində belə müzakirə etməmişik. Avropa İttifaqına gəlincə, bu, hərbi birlik deyil, biz əlaqələri gücləndirməyə hazırıq. Bu gün demokratiya bizim ən böyük təhlükəsizlik sistemimizdir”.
Parlament sədrinin fikrincə, Ermənistan Avropa İttifaqına üzvlüyə namizəd olmaq imkanları barədə düşünməlidir.
Tətbiqimizi yükləyə bilərsiniz