“Ermənistan hakimiyyəti xarici siyasət vektorunu dəyişmir, İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq barədə qərarı yoxdur”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri brifinqdə ölkə parlamentinin spikeri Alen Simonyan deyib.
“Heç bir vektorun və ya buna bənzər bir şeyin dəyişdirilməsindən söhbət getmir. Biz Ermənistanı təhdid edə biləcək təhlükələri azaltmaq üçün nə etməli olduğumuzu müzakirə edirik. KTMT-dən çıxmaq barədə qərar yoxdur, amma ola bilsin ki, biz bunu istisna etməyək. Bizim cəmiyyət də bu haqda danışır, deyə bilərik ki, belə bir tələb var, - Simonyan bildirib.