Klublararası dünya çempionatında iştirak edəcək 19 komandanın adı açıqlandı


2025-ci ildə keçiriləcək klublararası dünya çempionatında 32 iştirakçı komandadan 19-nun adı məlum olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Federasiyası (FIFA) məlumat yayıb.
Komandalar aşağıdakılardır:
1. “Çelsi” (İngiltərə) – 2021-ci il Çempionlar Liqasının qalibi
2. “Real Madrid” (İspaniya) – 2022-ci il Çempionlar Liqasının qalibi
3. “Mançester Siti” (İngiltərə) – 2023-cü il Çempionlar Liqasının qalibi
4. “Bavariya” (Almaniya) – UEFA reytinqinə uyğun olaraq
5. PSJ (Fransa) – UEFA reytinqinə uyğun olaraq
6. “İnter” (İtaliya) – UEFA reytinqinə uyğun olaraq
7. “Porto” (Portuqaliya) – UEFA reytinqinə uyğun olaraq
8. “Benfika” (Portuqaliya) – UEFA reytinqinə uyğun olaraq
9. “Palmeyras” (Braziliya) – 2021-ci il Libertadores Kubokunun qalibi
10. “Flamenqo” (Braziliya) – 2022-ci il Libertadores Kubokunun qalibi
11. “Fluminense” (Braziliya) – 2023-cü il Libertadores Kubokunun qalibi
12. “Əl-Əhli” (Misir) – 2021 və 2023-cü illər Afrika Çempionlar Liqasının qalibi
13. “Vidad” (Mərakeş) – 2022-ci il Afrika Çempionlar Liqasının qalibi
14. “Əl-Hilal” (Səudiyyə Ərəbistanı) – 2021-ci il Asiya Çempionlar Liqasının qalibi
15. “Urava Red Daymonds” (Yaponiya) – 2022-ci il Asiya Çempionlar Liqasının qalibi
16. “Monterrey” (Meksika) – 2021-ci il KONKAKAF Kubokunun qalibi
17. “Sietl Saunders” (ABŞ) – 2022-ci il KONKAKAF kubokunun qalibi
18. “Leon” (Meksika) – 2023-cü il KONKAKAF kubokunun qalibi
19. “Oklend Siti” (Yeni Zelandiya) – OFK reytinqinə uyğun olaraq.

DİGƏR XƏBƏRLƏR

Top