“X”ə yeni funksiyalar əlavə edildi


“X” sosial şəbəkəsi bütün istifadəçilərə audio və video zənglər funksiyasından istifadə etmək imkanı verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “XNews” nəşri məlumat yayıb.
“Audio və video zənglər artıq “X”də hər kəs üçün əlçatandır! İlk kimə zəng edəcəksən? - nəşr yazıb.
Qeyd olunub ki, funksiya hazırda yalnız iOS istifadəçiləri üçün əlçatandır. İstifadəçilər abunə olduqları hesabların sahiblərindən zəngləri qəbul edə biləcəklər.
Digər tərəfdən, şirkətdə İlon Maskın iştirakı ilə idarə heyətinin iclası keçirilib. İclas zamanı Mask “X”in 2024-cü ildə tamhüquqlu tanışlıq saytına, eləcə də, rəqəmsal banka çevriləcəyini bildirib.
Bununla belə, Mask transformasiyanın dəqiq necə baş verəcəyini açıqlamayıb.

DİGƏR XƏBƏRLƏR

Top